Sağlam Addım
Xidmətlər
Sağlam Addımda hər xidmət müayinədən başlayır: əvvəl problem qiymətləndirilir, sonra ehtiyac varsa vasitə və ya məşq proqramı seçilir. Aşağıdakı cədvəldə hər xidməti kimin apardığı göstərilib.
Xidmətlər
- Podiatrik ayaq müayinəsiPodiatr müayinəsində ayağın quruluşu, yerə basma, yeriş, diz, çanaq və onurğa qiymətləndirilir.
- FootBalance ayaq analiziFootBalance ayaq analizi yastıpəncəliyin dərəcəsini, deformasiyanın növünü və basınc paylanmasını göstərir.
- Yeriş və duruşun qiymətləndirilməsiYeriş və duruş analizi: addım, pəncənin içə basması, diz və çanaq, çiyin və kürək asimmetriyası.
- Fərdi supinatorlarFərdi supinator müayinədən sonra təyin olunur, ölçü gipslə alınır, ortoped-texniklər hazırlayır.
- Ortez və protezlərSağlam Addımda ortoped-texniklər fərdi ölçü ilə SMO, AFO, DAFO, KAFO, H-KAFO, dizlik, TLSO və protezlər hazırlayır.
- Skolioz korsetləriŞeno (Cheneau), Boston və kifoz korsetləri fərdi gips ölçüsü ilə hazırlanır.
- Müalicəvi bədən tərbiyəsi (MBT)Uşaq və yeniyetmələrdə skolioz, kifoz, lordoz və qamət pozulmasında fərdi MBT proqramı.
- Pektus ekskavatumSinə batıqlığında vakuum cihazı bəzi pasiyentlər üçün cərrahiyyəsiz seçimdir.
Kim nəyi aparır?
| Xidmət | Kim aparır | Qeyd |
|---|---|---|
| Ayaq müayinəsi, yeriş və duruşun qiymətləndirilməsi, təyinat | Podiatr Lalə Dustiyeva | Nəzarət müayinələri də daxil |
| FootBalance ayaq analizi | Ortoped-texnik | Nəticəni podiatr şərh edir |
| Gips ölçüsü, qəlibin işlənməsi, supinatorun hazırlanması | Ortoped-texniklər | Lalə Dustiyevanın təyinatı ilə |
| Ortez, skolioz korseti, protez | Ortoped-texniklər | Bəzi ortezlər yalnız müalicə edən həkimin (ortoped, nevroloq, reabilitoloq) təyinatı ilə hazırlanır |
| Müalicəvi bədən tərbiyəsi (MBT) | MBT məşqçiləri | Proqramın müəllifi Lalə Dustiyevadır; fərdi və qrup dərsləri |
| Pektus ekskavatum üçün vakuum cihazı | Sifariş və istifadə məsləhəti | Əvvəlcə cərrah rəyi tövsiyə olunur |
Hər xidmət müayinədən başlayır: əvvəl problem qiymətləndirilir, sonra ehtiyac varsa vasitə və ya məşq proqramı seçilir. Tibbi xəbərdarlıq
