Onurğa və duruş

Skolioz (onurğanın yana əyriliyi)

Qısa cavab

Skolioz onurğanın yana əyilməsi və öz oxu ətrafında fırlanması ilə gedən deformasiyadır. Rentgendə Cobb bucağı 10°-dən böyükdürsə, skolioz adlanır, 0–10° isə postural asimmetriya sayılır. Ən çox yayılan forması səbəbi məlum olmayan idiopatik skoliozdur. Müalicə əyriliyin bucağından, uşağın böyümə mərhələsindən və əyriliyin artım sürətindən asılıdır: müşahidə, xüsusi məşqlər, korset və ya cərrahiyyə.

Ümumi məlumat

Növləri

  • İdiopatik skolioz — səbəbi məlum deyil, ən çox yayılan formadır. Çox vaxt yeniyetməlik dövründə, sürətli böyümə zamanı üzə çıxır.
  • Anadangəlmə skolioz — ana bətnində fəqərələrin inkişafı və seqmentasiyası pozulduqda yaranır.
  • Neyromuskulyar skolioz — sinir və ya əzələ xəstəlikləri nəticəsində yaranır (məsələn, serebral iflic, miopatiyalar).
  • Digər xəstəliklərlə əlaqəli skoliozlar — neyrofibromatoz, şiş, infeksiya, mübadilə pozğunluqları və s.
  • Funksional (qeyri-struktur) əyrilik — pis duruş, ayaqlar arasında uzunluq fərqi və ya bel yırtığı zamanı ağrıya bağlı əyilmə səbəbindən yaranır. Səbəb aradan qalxanda azalır.

Əlamətlər

Uşaqların çoxunda ağrı olmur, ona görə skolioz çox vaxt deformasiya nəzərə çarpanda aşkarlanır. Diqqət yetirilməli əlamətlər:

  • bir çiyin digərindən hündürdür;
  • kürək sümüklərindən biri daha hündür və ya qabarıqdır;
  • bel ilə qol arasındakı boşluq iki tərəfdə fərqlidir;
  • çanağın bir tərəfi hündürdür, şalvarın beli və alt paltarın cizgiləri əyri durur;
  • uşaq önə əyiləndə kürəyin bir tərəfi qabarıq görünür (qabırğa qabarıqlığı);
  • paltar bədənə qeyri-bərabər oturur, bir qol daha uzun görünür;
  • ağır hallarda bel, kürək ağrısı və nəfəs darlığı.

Evdə müşahidə: önə əyilmə (Adams) testi

Uşaq ayaqlarını bir yerə qoyub, qolları sərbəst sallanmış halda önə əyilsin. Arxadan baxın: kürəyin və belin bir tərəfi digərindən hündür görünürsə, müayinəyə yazılın. Bu test diaqnoz qoymur, yalnız şübhəni üzə çıxarır.

Diaqnostika

Klinik müayinə: çiyin, kürək sümüyü və çanaq simmetriyası, önə əyilmə testi, ayaqların uzunluğu. Diaqnozu bütöv onurğanın ayaq üstə çəkilmiş rentgeni təsdiqləyir. Rentgendə Cobb bucağı ölçülür, böyümə mərhələsi qiymətləndirilir.

Dərəcələr və müalicə həddləri

Beynəlxalq tövsiyələrə görə:

Cobb bucağıAdətən tövsiyə olunan yanaşma
10°-dən azPostural asimmetriya, skolioz sayılmır; müşahidə
10–25°Müşahidə (6–12 aydan bir nəzarət); skolioza xas məşqlər
25–45°, uşaq hələ böyüyürsəKorset, məşqlərlə birlikdə
45–50°-dən çoxCərrahi müalicə müzakirə olunur (ortoped-onurğa cərrahı)

Postsovet ölkələrində 4 dərəcəli təsnifat da işlədilir (V. D. Çaklin): I dərəcə — 10°-dək, II — 11–25°, III — 26–50°, IV — 50°-dən çox. Mənbələrdə sərhədlər bir-iki dərəcə fərqlənə bilər.

Müalicə

  • Müşahidə — yüngül əyriliklərdə, xüsusən böyümə başa çatmaq üzrədirsə.
  • Skolioza xas məşqlər və MBT — yüngül əyriliklərdə və korsetlə birlikdə köməkçi üsul. Müalicəvi bədən tərbiyəsi (MBT)
  • Korset — böyüyən uşaqda orta dərəcəli əyriliklərdə, əyriliyin artmasının qarşısını almaq üçün. Skolioz korsetləri
  • Cərrahiyyə — ağır və ya artmaqda davam edən əyriliklərdə, ortoped-onurğa cərrahının qərarı ilə.

Uşaqlar sürətlə böyüdüyü üçün əyrilik qısa müddətdə arta bilər. Ona görə ilk diaqnozdan sonra uşaq nəzarətdə saxlanılmalıdır. Müalicə planında əyriliyin dərəcəsi, uşağın yaşı, ailədə skolioz olub-olmaması və səbəb nəzərə alınır.

Sağlam Addımda

  • duruşun klinik qiymətləndirilməsi, ayaq və ayaq uzunluğu müayinəsi;
  • rentgen nəticələrinə görə plan, lazım olduqda ortoped məsləhəti;
  • MBT — müəllif proqramı əsasında fərdi və qrup dərsləri;
  • skolioz korsetləri üzrə ixtisaslaşmış ortoped-texnikin fərdi gips ölçüsü ilə hazırladığı Şeno (Cheneau), Boston və kifoz korsetləri;
  • ayaq deformasiyası və ya qısalıq varsa, supinator və qısalıq kompensasiyası;
  • korsetin nəticəsinin korsetsiz çəkilmiş rentgenlə qiymətləndirilməsi.

Hər asimmetriya skolioz demək deyil. Mərkəzin nümunələrindən birində ayaq deformasiyası olan uşaqda yüngül asimmetriya aşkarlanıb. Bu, hələ skolioz deyildi, amma nəzarətdə saxlanılmalı vəziyyət kimi qiymətləndirildi. Belə mərhələdə məqsəd səbəbi aradan qaldırmaq və əzələləri gücləndirməkdir.

Mərkəzin skolioz nümunələri: Klinik müşahidələr

Tez-tez soruşulan suallar

Skolioz özü keçirmi?

Struktur skolioz öz-özünə keçmir. Əyrilik xüsusən sürətli böyümə dövründə arta bilər. Yüngül əyriliklər isə çox vaxt yalnız müşahidə tələb edir. Funksional əyrilik, məsələn ayaq qısalığına bağlı olan, səbəb aradan qalxanda azala bilər.

Skoliozlu uşaq idmanla məşğul ola bilərmi?

Əksər hallarda bəli, fiziki aktivlik faydalıdır və adətən məhdudlaşdırılmır. Konkret idman növü və yük barədə tövsiyəni müalicə edən həkim verir, xüsusən korset istifadə olunursa və ya əyrilik böyükdürsə.

Skolioz neçə dərəcədə təhlükəli sayılır?

Tək bir hədd yoxdur. Beynəlxalq tövsiyələrə görə 25°-dən kiçik əyriliklər adətən müşahidə olunur. Böyüyən uşaqda 25–45° arası əyriliklərə korset tövsiyə edilir, 45–50°-dən böyük əyriliklərdə isə cərrahi müalicə müzakirə olunur. Böyümə başa çatandan sonra da 50–60°-dən böyük əyriliklər arta bilər.

Bu səhifədəki məlumat maarifləndirmə məqsədi daşıyır və mütəxəssis müayinəsini əvəz etmir. Tibbi xəbərdarlıq

Tez-tez axtarılanlar

Qəbula yazılış

Qəbula ən azı bir gün əvvəl yazılmaq lazımdır. Formu doldurun: göndər düyməsi mesajınızı WhatsApp-da hazırlayacaq. Zəng etmək və ya Instagram-da yazmaq da olar.

Diaqnoz və ya sənəd tələb olunmur. Göndər düyməsi WhatsApp-ı hazır mesajla açır; məlumat saytda saxlanılmır.

Rəqəmsal vizitkart

Lalə Dustiyeva

Podiatr · Sağlam Addım

Bakı, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 393 (Araz marketin yanı, 2 saylı tibb kollecinin qarşısı)

Kontaktı telefona yazın

Çərəz ayarları